Yandex watch
Arıqlamaq üçün 11 yüksək proteinli qida:

Zülal arıqlama prosesində mühüm rol oynayır. O, iştahı idarə edir, əzələ kütləsini qoruyur və maddələr mübadiləsini sürətləndirir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, pəhrizinizə yüksək proteinli qidalar əlavə edərək aclığı yatırmaq və yağ yandırılmasını artırmaq mümkündür.

Ən yaxşı zülal mənbələri:

Yumurta – yüksək keyfiyyətli protein ehtiva edir və toxluq hissini artırır.
Toyuq döşü – az yağlı və proteinlə zəngindir, əzələ qurmağa kömək edir.
Qatıq – probiyotiklər və yüksək protein sayəsində həzmi yaxşılaşdırır.
Kəsmik – tərkibindəki kazein proteini uzun müddət tox saxlayır.
Mərcimək və noxud – bitki mənşəli protein və liflə zəngin olub, bağırsaq sağlamlığını dəstəkləyir.
Kinoa və çia toxumu – tam amin turşuları və lif tərkibi ilə toxluq hissini uzadır.
Badam və fındıq – sağlam yağlar və protein təmin edir, ancaq porsiyaya nəzarət vacibdir.
Tofu və süd məhsulları – bitki və heyvan mənşəli zülal ehtiyatları olaraq balanslı qidalanmaya kömək edir.

Bu qidaları pəhrizinizə əlavə etməklə daha sağlam və effektiv arıqlama mümkündür.

Tərcümə: Könül Oruc

E-saglam.az