İngiltərədə diqqəti cəlb edən maraqlı araşdırma aparılıb. Belə ki, imtahan nəticələri ilə ana südü arasında əlaqə tapılıb.
E-saglam.az xəbər verir ki, araşdırmaya görə, ən azı bir il ana südü ilə qidalanan uşaqların ingilis dili imtahanında yüksək qiymət alma ehtimalı 38 faiz, riyaziyyat imtahanında eyni yüksək qiymət alma ehtimalı 39 faiz daha çox olub.
Tədqiqat İngiltərənin Oksford Universitetində aparılıb. 2000-2002-ci illər arasında doğulmuş 5000 minə yaxın uşağın şəxsi məlumatları əsasında alimlər bu qənaətə gəliblər. Bu uşaqların təxminən üçdə biri heç vaxt ana südü ilə qidalanmayıb. Bundan başqa qalan uşaqlar ana südü ilə qidalanma müddətinə uyğun olaraq iki aydan az və bir ildən çox olan qruplara bölünüblər. Nəticədə daha çox ana südü ilə qidalanan uşaqlar imtahanlarda daha yaxşı nəticə göstəriblər, lakin ən güclü nəticələr bir ildən çox ana südü ilə qidalanan yeniyetmələrdə müşahidə edilib.
Tədqiqat həmçinin valideynlərin iş və təhsil səviyyəsinə görə sosial-iqtisadi vəziyyətini də nəzərə alıb. Qadınlara 20 sözdən ibarət lüğət testi verməklə sınaqdan keçən anaların zəkası da diqqətdə saxlanılıb. Məlum olub ki, təhsil almış, zəkalı anaların körpələri gələcəkdə imtahanlarda daha savadlı nəticələr göstərir.
“Bundan bşqa araşdırmalarımız onu göstərir ki, indi süd verən anaların sayı əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Ana südü orqanizm üçün bir çox faydaları var. Bunu bütün analar nəzərə alınmalı və körpənin süd ehtiyacını bacardıqca qarşılamalıdırlar”,- deyə Oksford Universitetindən olan tədqiqatın aparıcı müəllifi Dr Renee Pereyra-Elías sonda diqqətə çatdırıb.
Mənbə: medicalmedia