Amerikalı aktrisa və prodüser Sarah Cessika Parker uşaqlara sağlam qidalanma vərdişləri aşılamaq üçün qeyri-adi üsul açıqlayıb.
E-saglam.az xəbər verir ki, "Ruthie's Table 4" podkastında evdə sağlam yeməklərin təşkili üsullarını paylaşıb.
Parkerin sözlərinə görə, o, uşaqlarına şirniyyat yeməyi qadağan etmir: "Mən onları qida ilə düşmən münasibətə alışdırmaq istəmirəm".
Aktrisa etiraf edib ki, evində desert, şirniyyat yeməyi qadağan edən valideynlərin övladları evdən kənarda tortlar və peçenyelər yemək üçün hər fürsətdən istifadə edirlər: “Evimdə peçenyelər, tortlar, demək olar ki, hər şey var. Ona görə də nəticədə qida ilə sağlam münasibət formalaşır. Qızlarım istədikləri bədənə sahib olacaqlar. Onlar atletikdirlər, yeməyi sevirlər”.
Könül Oruc