
Amerikalı Mitço Tompson eyni vaxtda koronavirus və meymunçiçəyinə yoluxub.

E-saglam.az xəbər verir ki, əvvəlcə onun kovid testi müsbət çıxıb.
Bundan sonra kürəyində, ayaqlarında, qollarında və boynunda kiçik qırmızı ləkələr əmələ gəlib.
Həkimlər onun COVID-19 və meymunçiçəyi xəstəliyinə tutulduğunu təsdiqləyib.
O, yataqdan çətinliklə qalxdığını və daim susuz olduğunu deyir.
ABŞ-da meymunçiçəyinə 500-ə yaxın insan yoluxub. Xəstəlik orda geniş miqyas alır./Medicina
Emlakbazari.az emlak elanları saytı