Son illərdə məşhurlaşan kombuça, həm probiyotik mənbəyi, həm də detoks təsirli içki olaraq sağlamlıq mütəxəssislərinin diqqət mərkəzindədir. İlk dəfə Almaniyada tanınan bu içki, Rusiyada geniş yayılaraq müasir dövrdə populyar olub.
E-saglam.az xəbər verir ki, kombuçanın sağlamlığa faydaları, probiyotik tərkibi Kombuçanın tərkibindəki canlı bakteriyalar bağırsaq florasını balanslaşdırır. Bu, həzm problemlərinin həllinə kömək edir, qəbizlik və ishal kimi narahatlıqları azaldır və immunitet sistemini gücləndirir.
Antioksidantlarla zəngindir
Yaşıl çayla birlikdə hazırlandıqda kombuça sərbəst radikallarla mübarizə aparır. Hüceyrə zədələnməsinin qarşısını alaraq xroniki xəstəliklər və qocalma prosesini ləngidir.
Detoks effekti
Qaraciyərin fəaliyyətini dəstəkləyən kombuça toksinləri bədəndən təmizləyir və enerji səviyyələrini artırır.
Həzm sağlamlığı
Kombuçanın turşuluq səviyyəsi reflü və mədə narahatlıqlarını aradan qaldıra bilər. Həzm prosesini asanlaşdıran probiyotiklər mədə-bağırsaq sistemini dəstəkləyir.
Əhval-ruhiyyə və immunitet dəstəyi
Probiyotiklərin əhval-ruhiyyəni yaxşılaşdırdığı və stresslə mübarizədə faydalı olduğu göstərilmişdir. Kombuçanın iltihab əleyhinə xüssusiyyətləri immunitet sistemini gücləndirə bilər.
Oynaq sağlamlığı
Tərkibindəki qlükozamin oynaqların maye balansını təmin edir və artrit kimi xəstəliklərdə rahatlama yarada bilər.
Kombuçanı istehlak edərkən nələrə diqqət etməli?
Miqdar: Gündəlik az miqdarda istehlak məsləhətdir. Həddindən artıq istifadə mədə turşuluğunu artıra bilər.
Ev istehsalı riski: Kombuça evdə uyğun şəraitdə hazırlanmadıqda sağlamlıq riskləri daşıya bilər.
Xüsusi sağlamlıq vəziyyətləri: Diabet və ya digər xroniki xəstəliklərdən əziyyət çəkənlər həkim məsləhəti ilə istifadə etməlidirlər.
Kombuça, düzgün istehlak edildikdə sağlamlığınızı dəstəkləyən təbii və dadlı bir seçimdir. Bağırsaq sağlamlığınızı qorumaq və bədəninizdə təbii detoks effekti yaratmaq ün çün bu faydalı içkini pəhrizinizə əlavə edə bilərsiniz.
Kombuça çayı nədir?
Çoxumuzun "çay göbələyi" kimi tanıdığımız kombuça, qara və ya yaşıl çay, şəkər, bakteriya və maya simbiotik mədəniyyətinin fermentasiyası ilə əldə edilən bir içkidir.
Tərcümə: Könül Oruc