Alkoqolun sağlamlığa zərərləri elmi olaraq dəfələrlə sübut edilib.
E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmalar göstərir ki, spirt istehlakı xərçəng riskini artıran əsas faktorlardan biridir. Xüsusilə ağız, qırtlaq, boğaz, yemək borusu, kolon və döş xərçəngi kimi ölümcül xəstəliklərlə birbaşa əlaqəsi var.
Spirt bədəndə asetaldehidə çevrilərək DNT-yə zərər verir, hüceyrə bölünməsini dəyişdirir və xərçəng inkişafı üçün əlverişli mühit yaradır. Bundan əlavə, hormonlara təsir edərək döş toxumasında dəyişikliklər yaradır və qadınlarda döş xərçəngi riskini artırır.
Alkoqol həmçinin faydalı mineralların, məsələn, dəmir və folatın udulmasını azaldır, immun sistemini zəiflədir və oksidləşdirici stressi artırır. Araşdırmalara görə, xərçəng hadisələrinin təxminən 5 faizi spirt istehlakı ilə bağlıdır, lakin ictimaiyyətin böyük bir hissəsi bu riski bilmir. Mütəxəssislər, alkoqoldan tamamilə uzaq durmağı sağlamlıq üçün ən doğru seçim kimi tövsiyə edirlər.
Tərcümə: Könül Oruc