Xəstəliklər
Alimlər koronavirusun böyrəklərə ağır təsirini üzə çıxarıblar
Xəstəliklər
253

Alimlər koronavirusun böyrəklərə ağır təsirini üzə çıxarıblar

Almaniyanın Reyn-Vestfaliya Texniki Universitetinin və Niderlandın Radbud Universitetinin Tibb Mərkəzinin tədqiqatçıları müəyyən ediblər ki, koronavirus böyrəklərə daxil olaraq çapıqların yaranmasına səbəb olur.

E-saglam.az xəbər verir ki, bu barədə “Cell Steam Cell” jurnalında dərc olunan elmi məqalədə bildirilir.

Alimlər kök hüceyrələrindən böyrək toxuması yetişdirərək onları SARS-CoV-2 ilə yoluxdurublar. Müəyyən edilib ki, virus bir dəfə süni böyrəyə daxil olduqda patogen çapıqlara səbəb olur.

Məqalədə qeyd edilir ki, araşdırma ABŞ-da koronavirus infeksiyasına yoluxan 90 000 insanda müşahidə olunan böyrək funksiyasının azalmasına işıq sala bilər.

Müəlliflərin sözlərinə görə, əldə edilən məlumatlar bütövlükdə koronavirusun insan orqanizminə zərərli təsiri ilə bağlı fərziyəni dəstəkləyir./report/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun