Statistik məlumatlar ali təhsilli insanların daha uzun ömür sürdüyünü göstərir.
E-saglam.az xəbər verir ki, Dövlət Dumasının Təhsil və Elm Komitəsinin sədr müavini Oleq Smolinin sözlərinə görə, həm universitet təhsili, həm də praktik təcrübə həyatda mühüm rol oynayır. Onun sözlərinə görə, bəzi işəgötürənlər diplomdan daha çox bacarıq və test nəticələrinə önəm versələr də, ali təhsil ümumilikdə insanın gələcək həyatına müsbət təsir edir.
Smolin qeyd edib ki, ali təhsilli insanlar adətən daha yüksək gəlir əldə edir, peşəkar inkişaf imkanları qazanır və daha stabil həyat tərzinə sahib olurlar. O vurğulayıb ki, bu faktorlar da dolayısı ilə sağlamlıq və ömür uzunluğuna təsir göstərə bilər.
Deputat əlavə edib ki, ali təhsil sonrakı illərdə yaxşı iş tapmaq imkanlarını artırır. Həmçinin elm, tibb və digər bir çox peşə sahəsinə daxil olmaq üçün ali təhsil vacib hesab olunur.
Tərcümə: Könül Oruc