Endokrinoloq və diyetoloq Daria Xaykina albalının müxtəlif bədən sistemlərinə müsbət təsirini açıqlayıb.
E-saglam.az xəbər verir ki, həkimə görə, albalının əsas xüsusiyyətlərindən biri tərkibindəki antosiyaninlərin yüksək miqdarıdır. Bu təbii birləşmələr giləmeyvəyə zəngin rəng verməklə yanaşı, güclü antioksidan və iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Albalının müntəzəm istehlakı iltihabı azaltmağa kömək edir və vaxtaşırı şişkinlik və ya oynaq narahatlığı yaşayan insanlar üçün xüsusilə faydalı ola bilər.
Bundan əlavə, albalı ürək-damar sisteminə də müsbət təsir göstərir. Xaykina bunu giləmeyvənin tərkibindəki yüksək kalium miqdarı ilə əlaqələndirir - bu mineral normal qan təzyiqinin saxlanması və ürəyin düzgün işləməsi üçün vacibdir. Albalı bədəndən artıq mayenin təbii şəkildə xaric edilməsini təşviq edir, bu isə damarlar və ürək üzərindəki yükü azaldır. Həkim vurğulayır ki, bu proses yumşaq xarakter daşıyır və digər vacib mikroelementlərin itirilməsinə səbəb olmur.
Albalı immunitet üçün də dəyərli bir mənbədir. Tərkibindəki C vitamini, beta-karotin və sink immun sistemini dəstəkləyir və bədənin xəstəlikdən, emosional stressdən və intensiv fiziki yükdən daha sürətli bərpa olmasına kömək edir.
Tərcümə: Könül Oruc