Faydalı
Ağ tutun inanılmaz
Faydalı
572

Ağ tutun inanılmaz faydaları

Ağ tut (Morusalba) Azərbaycanda yayılmış faydalı meyvələrdən biridir. Onun həm meyvəsi, həm yarpağı, həm də budaqları xalq təbabətində və tibdə müxtəlif məqsədlərlə istifadə olunur.

E-saglam.az aşağıda ağ tutun əsas faydalarını təqdim edir:

İmmuniteti gücləndirir

Ağ tut C vitamini və antioksidantlarla zəngindir. Bu maddələr orqanizmi infeksiyalardan qoruyur, immun sistemini gücləndirir.

Qan şəkərini tənzimləyir

Ağ tutun tərkibindəki bəzi maddələr (xüsusilə DNJ adlı komponent) qan şəkərinin birdən-birə qalxmasının qarşısını alır. Şəkərli diabeti olan insanlar üçün faydalı hesab olunur.

Həzm sisteminə xeyirlidir

Ağ tut liflərlə zəngindir, bu da bağırsaqların işləməsini tənzimləyir, qəbizliyin qarşısını alır. Eyni zamanda, iştahanı da yaxşılaşdırır.

Ürək-damar sağlamlığını qoruyur

Tut damarların elastikliyini qorumağa kömək edir, pis xolesterini azaldır və qan dövranını yaxşılaşdırır.

Öskürəyə və boğaz ağrısına qarşı təsirlidir

Xalq təbabətində ağ tut şirəsi və qurudulmuş meyvəsi öskürək və soyuqdəymə zamanı təbii dərman kimi istifadə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun