Xəstəliklər
Afrikada peyvənd 6 faizdən azdır, amma virus demək olar bitib - Alimlər təəccübləndi
Xəstəliklər
185

Afrikada peyvənd 6 faizdən azdır, amma virus demək olar bitib - Alimlər təəccübləndi

Yaxşı peyvənd imkanlarına və səhiyyə xidmətlərinə baxmayaraq, Qərbi Avropa ölkələri Kovid-19-u cilovlaya bilmir, Afrikada isə ölüm hallarının az olması alimləri təəccübləndirir.

E-saglam.az xəbər verir ki, yeni növ koronavirus SARS-CoV-2 ortaya çıxanda səhiyyə işçiləri pandemiyanın Afrikada milyonlarla insanın ölümünə səbəb olacağını proqnozlaşdırmışdılar.

Qitədə Covid-19-dan nə qədər insanın öldüyü dəqiq bilinməsə də, bir çox Afrika ölkəsində fəlakət ssenarisi baş verməyib. Məsələn, Zimbabvedə koronavirus artıq keçmişdə qalmış kimi qəbul edilir. Siyasi partiyalar mitinqlər keçirir, konsertlər verir, evlərə toplaşırlar. Zimbabve Səhiyyə Nazirliyinin açıqladığı son məlumatlara görə, noyabrın 22-də ölkədə 27 yeni hadisə ilə ölənlərin sayı sıfıra bərabər olub. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, iyul ayından bəri qitədə yoluxmaların sayında böyük azalma var.

Alimlər deyirlər ki, Afrika ölkələrində dəqiq Kovid-19 məlumatı əldə etmək nizamsız monitorinq səbəbindən çox çətindir. Lakin Kolumbiya Universitetinin Ümumi Sağlamlıq üzrə professoru Vafaa Əl-Sədr də etiraf edir ki, Afrikada elm adamlarını çaşdıran “sirli” vəziyyət mövcuddur. "Afrikanın Avropa və ABŞ kimi COVID-19 ilə mübarizə aparmaq üçün peyvəndi və resursları yoxdur, lakin görünür, onlar digər tərəfdən daha yaxşı işləyirlər".

Afrikada peyvənd 6 faizdən azdır

Keçən həftə Uqandada aparılan araşdırmada daha əvvəl malyariyaya yoluxmuş Kovid-19 xəstələrinin ağır xəstəlik keçirmədiyi və bu insanlarda ölüm nisbətinin aşağı olduğu müəyyən edilib.

Kovid-19 səbəbiylə yüksək ölüm rəqəmləri Afrika ölkələrindən gəlmir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada ölüm hallarının 46 faizi Amerika qitəsində, 29 faizi Avropada, Afrikanın payı isə cəmi 3 faizdir.

Tərcümə etdi: Könül Oruc

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun