Tibbi xəbərlər
ABŞ polisi yüzlərlə insanın həyatını xilas edən azərbaycanlını mükafatlandırıb
Tibbi xəbərlər
214

ABŞ polisi yüzlərlə insanın həyatını xilas edən azərbaycanlını mükafatlandırıb

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub.

E-saglam.az Report-a istinadən xəbər verir ki, ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında yerli ABC7 telekanalı süjet hazırlayıb.

Xəbərdə bir cinayətkarın hazırladığı terror planından və F.Məmmədovun həmin planı at-üst edən qəhrəmanlığından bəhs olunur. Belə ki, F.Məmmədov iyulun 9-da gecə yarısı müşahidə kamerasında gördüyü terrorçu haqqında 911-ə zəng edərək ABŞ polisinə məlumat verib.

Hadisə yerinə gələn polis əməkdaşları avtomobilində müxtəlif markalı tüfənglər, tapança, əl qumbaraları, narkotik vasitələr gizlədərək kütləvi atəş planı hazırlayan təhlükəli cinayətkarı həbs edib. Polis hesab edir ki, Fərrux Məmmədovun zəngi yüzlərlə insanın həyatını xilas edib. Kempbell Şəhər Polis İdarəsi həmyerlimizə təşəkkür edib.

 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun