Faydalı
A, C və E vitaminlərinin təbii mənbəyi:
Faydalı

A, C və E vitaminlərinin təbii mənbəyi: Qan təzyiqini tənzimləyir və ürəyi qoruyur

Qış mövsümündə meyvələr immuniteti gücləndirmək və sağlamlığı qorumaq üçün vacibdir. A, C və E vitaminləri, lif və antioksidantlarla zəngin olan meyvələr qan təzyiqini tənzimləyir, ürək sağlamlığını dəstəkləyir və həzmi yaxşılaşdırır.

E-saglam.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, guava yüksək lif və antioksidantlarla zəngindir, immuniteti və həzmi gücləndirir.

Kivi kalium, A, C və E vitaminləri ilə ürək və sümük sağlamlığını yaxşılaşdırır.

Portağal və digər sitrus meyvələri C vitamini ilə zəngindir, infeksiyaların qarşısını alır və dəri sağlamlığını dəstəkləyir.

Nar antioksidantlarla zəngin olub, iltihabı azaldır və ürək sağlamlığını qoruyur.

Alma lif və antioksidantlarla zəngindir, həzmi yaxşılaşdırır və xolesterini azaldır.

Armud isə qan təzyiqini tənzimləyir və ürək xəstəliklərinin qarşısını alır.

Xurma isə lif, A vitamini və kaliumla həzmi və immuniteti dəstəkləyir.

Bu meyvələri qış pəhrizinizə daxil etmək ümumi sağlamlığınızı və enerjinizi qorumağa kömək edəcək.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun