Tibbi xəbərlər
8 yaşlı uşaq koronavirusdan sonra iflic qaldı
Tibbi xəbərlər
307

8 yaşlı uşaq koronavirusdan sonra iflic qaldı

ABŞ-da koronavirusa yoluxan 8 yaşlı uşaq virusdan sağalsa da, iflic qalıb.

 Dünya mətbuatına istinadən xəbər verilir ki, Amerikanın Minnesota bölgəsinin sakini olan Avella Braun mart ayının əvvəlində virusa yoluxduqdan sonra bütün həyatı dəyişib. Belə ki, koronavirus 8 yaşlı uşaqda nadir rast gəlinən avto-immun xəstəliyinə səbəb olub və A. Braun iflic qalıb.

Ensefalomyelit (ADEM) diaqnozu kimi tanınan xəstəlik bədənin immunitet sisteminin özünə hücum etməsinə səbəb olur və onurğa beyni və beyin şişkinliyinə gətirib çıxarır.

Azyaşlının həkimi baş verənlərin ən böyük səbəbkarının koronavirus olduğunu bildirib.

Xatırladaq ki, dünya alimləri iyun ayında koronavirusla ADEM arasında əlaqəni qurmağa başladıqlarını açıqladılar. Mütəxəssislər, dünyada koronavirusdan sağ çıxan insanların oxşar hallarla qarşılaşa biləcəkləri barədə xəbərdarlıq edirlər./saglamolun.az/

 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun