75 ildir birlikdə olan britaniyalı cütlük 97 yaşlı Mavis və 98 yaşlı Ken xoşbəxt evliliyin sirrini bölüşüblər.
E-saglam.az xəbər verir ki, uzunömürlü cütlüyün hekayəsini "Metro" nəşri yayıb.
Mavis və Ken yeniyetmə ikən mühasibat sinfində tanış olublar. Tanışlıqlarının əvvəlində Ken 3,5 il məcburi hərbi xidmətə getsə də, onlar hər həftə bir-birlərinə məktublar yazırdılar. Nəhayət, 12 noyabr 1949-cu ildə evləndilər.
Mavis deyir ki, o və Ken həmişə sevgidə ən yaxşı dost olublar. O, evliliyə boşanmadan əvvəlki əzab kimi baxmamağı və ömrünün qalan hissəsini birlikdə keçirmək istədiyiniz insanla evlənməyi tövsiyə edir.
Cütlük uzun müddət birlikdə yaşamaq istəyənlərə hər zaman bir-birlərinə kömək etməyi və birlikdə gülməyi məsləhət görür. Bundan əlavə, onlar görüşdükləri və ayrıldıqları zaman həmişə bir-birlərini öpürlər və bu vərdişi indi yaşadıqları qocalar evində də davam etdirirlər.
Tərcümə: Könül Oruc