Doktor Taz Bhatia 50 yaşdan yuxarı insanlarda tez-tez rast gəlinən yuxusuzluq problemini həll etməyin yollarını açıqlayıb.
E-saglam.az xəbər verir ki, həkimə görə, yuxu pozğunluqları ilə mübarizə o qədər də çətin deyil - əsas məsələ hər bir insanın özünə uyğun yolu tapmasıdır. Bhatia xüsusilə vurğulayır ki, gün ərzində daim özünü duman içində hiss edən insanlar yuxu apnesindən əziyyət çəkə bilər. Bu halda həkimin təyin edə biləcəyi xüsusi cihazlar vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Yuxunu yaxşılaşdırmaq üçün həkim pəhrizə daha çox yağlı balıq və omeqa-3 tərkibli qidalar əlavə etməyi tövsiyə edir. Bu yağ turşuları orqanizmdəki iltihabı azaltmağa kömək edir. Bundan əlavə, yatmazdan əvvəl çoxlu yemək yeməkdən çəkinmək vacibdir - ağır şam yeməyi yuxuya mane ola bilər.
Bhatia maqnezium əlavələrinin də yuxunu yaxşılaşdırmaqda faydalı ola biləcəyini qeyd edib. Bu mineral həddindən artıq aktiv sinirləri sakitləşdirir və əzələləri rahatladır, bu da yuxuya getməni asanlaşdırır.
Tərcümə: Könül Oruc