300 faydalı xüsusiyyəti olan unikal ədviyyat
300 faydalı xüsusiyyəti olan unikal ədviyyat

300 faydalı xüsusiyyəti olan unikal ədviyyat

Diyetoloq Andrey Zolotarev xardalın 300-ə yaxın faydalı xüsusiyyətə malik olduğunu söyləyib. Xüsusilə, onun ədviyyatlı sortları antiseptik və antihelmintik təsir göstərir.

E-saglam.az xəbər verir ki, ekspert bu barədə “Sputnik” radiosunun efirində danışıb. 

“3 min ilə yaxındır ki, bu məhsul insanların süfrələrində yer alır. Xardalın istifadəyə başlanılmasının ilk səbəbi onun antiseptik və antihelmintik xüsusiyyətləridir. Bağırsaqları helmintozdan qorumaq üçün süfrəyə balıqla servis edilirdi. Rasionunuzda ədviyyatlı xardal varsa, bağırsaqlarınız müxtəlif parazitlərdən və bakterial infeksiyalardan qorunacaq”, - diyetoloq qeyd edib.

Bundan əlavə, damarlara genişləndirici təsir göstərən xardal qan təzyiqini bir qədər aşağı sala bilər.

“Əgər insanda yüksək təzyiq varsa, o, xardal sayəsində normallaşır. Əgər hipertoniyadan danışırıqsa, ya burada heç bir təsir yoxdur, ya da insan tərləyə bilər, təzyiq bir az daha düşəcək”, - Andrey Zolotarev izah edib. /Publika.az