Yandex watch
28 ildir səhv duş alırmış -

Sosial şəbəkə istifadəçisi Nikol 28 il boyunca səhv duş alma vərdişləri ilə yaşadığını etiraf edib. Bir videonu izlədikdən sonra, o, bədənini yuma tərzini tamamilə dəyişib və keçmiş vərdişlərini artıq ikrah hissi ilə xatırladığını deyib.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Nikol əvvəllər duş alanda bədənini yalnız duş geli ilə yuyur, saçlarını yuduqdan sonra çölə çıxırdı. Lakin, mütəxəssis Kay Marinin təkliflərinə əməl etməyə başladıqdan sonra, bədənini təmizləmək üçün yeni bir yanaşma tətbiq edib. İlk addım olaraq, antibakterial sabundan istifadə etməyə başlayan Nikol, dərisinin təmizləndiyini, amma bir az quru hiss etdiyini bildirib.

Daha sonra, dərisinin nəm balansını bərpa etmək üçün nəmləndirici bədən yuması istifadə edib. Bu da dərisinin daha yumşaq və nəmləndirilmiş olmasına səbəb olub. Üçüncü mərhələdə isə bədən skrabı ilə dərisini aşındıraraq daha hamar və yumşaq bir görünüş əldə edib.

Nikol saçlarını yuduqdan sonra üzünü miselyar su ilə təmizləyib, daha sonra Inkey List təmizləyicisi və hialuron turşusu tətbiq edib. Dərisini daha da nəmləndirmək üçün göz kremi və nəmləndirici də istifadə edib. Ayrıca, bronzlaşdırıcı damcılarla ton alaraq, tonal kremdən istifadə etməyib.

Bütün bu yeni yanaşmalar nəticəsində Nikol, "Həyatımda özümü heç vaxt bu qədər təmiz hiss etməmişdim!", - deyə qeyd edib.

Bu hekayə, dərisinə və ümumi sağlamlığına diqqət yetirənlər üçün əsl dərs ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az