Tibbi xəbərlər
Zərərsiz görünən bu simptom qaraciyər xəstəliyinin
Tibbi xəbərlər
200

Zərərsiz görünən bu simptom qaraciyər xəstəliyinin xəbərçisi ola bilər

Son illərdə dünyada həm alkoqolla, həm də alkoqolsuz qaraciyər xəstəlikləri artmaqdadır.

E-saglam.az-ın verdiyi məlumata görə, mütəxəssislər xəbərdarlıq edir ki, bu xəstəliklərin ən yayılmış, lakin tez-tez nəzərə alınmayan əlaməti bədəndə suyun (mayenin) tutulmasıdır.

ABŞ-nin Klivlend Klinikasının məlumatına görə, qaraciyər xəstəliklərində bədəndə maye toplanması çox rast gəlinir. Xüsusilə sirroz kimi ciddi hallarda xəstələrin yarısından çoxunda ayaqlarda və qarında şişkinlik yaranır.

Bunun səbəbi qaraciyərin artıq normal fəaliyyət göstərə bilməməsidir. Qaraciyər albumin adlı zülal istehsal edir. Bu zülal damarların içində mayeni saxlayır və toxumalara sızmasının qarşısını alır. Albumin azaldıqda, maye toxumalara toplanmağa başlayır.

Mütəxəssislər xəbərdarlıq edir:

Əgər bədəninizdə, xüsusilə də ayaqlarınızda və qarın bölgənizdə şişkinlik varsa, bunu yüngül qəbul etməyin. Bu, sadəcə yorğunluq və ya isti hava ilə bağlı olmaya bilər. Qaraciyəriniz təhlükədə ola bilər və mütləq həkim müayinəsi vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun