Faydalı
Zəncəfilin sağlamlığa
Faydalı
102

Zəncəfilin sağlamlığa 5 elmi sübut edilmiş faydası

Zəncəfil (Zingiber officinale) yalnız mətbəxin ədviyyatı deyil, həm də sağlamlığa geniş təsir göstərən təbii vasitədir.

E-saglam.az xəbər verir ki, tədqiqatlar onun beş əsas faydasını göstərir:

1. Ürəkbulanmanı azaltmaq: Zəncəfil, hamiləlik və kemoterapi səbəbli ürəkbulanmanı effektiv şəkildə azalda bilər. Həzm sistemi və beyin üzərində təsir edərək bulantı hissini yüngülləşdirir.

2. İltihab əleyhinə təsir: Gingerol və shogaol birləşmələri iltihabı azaldır, otoimmün xəstəliklərdə neyrofillərin aktivliyini tənzimləyir və soyuqdəymə əlamətlərini yüngülləşdirir.

3. Ağrıların idarə edilməsi: Osteoartrit, əzələ ağrısı və menstrual ağrılarda zəncəfil ağrı siqnallarını zəiflədərək rahatlama təmin edə bilər.

4. Ürək və qan şəkərinə dəstək: Zəncəfil xolesterolu azaldır, HDL-i yüksəldir, qan təzyiqini normallaşdırır və insulin həssaslığını yaxşılaşdırır, 2-ci tip diabet riskini azalda bilər.

5. Beyin və xərçəng hüceyrələrinə dəstək: Laboratoriya araşdırmaları göstərir ki, zəncəfil beyin hüceyrələrini oksidləşdirici zərərdən qoruyur və bəzi xərçəng hüceyrələrinin böyüməsini ləngidə bilər.

Zəncəfil çayı və yeməkdə orta miqdarda istifadə üçün təhlükəsizdir, lakin yüksək dozada qan durulaşdırıcı və diabet dərmanları ilə qarşılıqlı təsir riski var. Hamilə qadınlar və xroniki xəstəlikləri olanlar istifadədən əvvəl həkimlə məsləhətləşməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun