Kardioloq Mariya Çaykovskaya yuxusuzluqdan əziyyət çəkən insanların ürək xəstəliyinə tutulma riskinin artdığını bildirib.
E-saglam.az-ın məlumatına görə, bu barədə o, teleqram kanalında yazıb.
Çaykovskayanın sözlərinə görə, alimlər sübut ediblər ki, xroniki yuxusuzluq ürək-damar xəstəliklərinin inkişaf riskini 13 faiz artırır. Eyni zamanda, insult ehtimalının 51 faiz artdığı barədə xəbərdarlıq etdi.
Bundan əlavə, yuxusuzluq gecə qan təzyiqinin normal azalmasına mane olur, bu da ürək və qan damarlarını həddindən artıq yükləyir. Bu xüsusilə hipertoniyalı insanlar üçün doğrudur.
Sonda Çaykovskaya əlavə edib ki, sadalanan risklər yaş, cins, çəki, siqaret və diabet kimi digər amillərdən asılı deyil.
Tərcümə: Könül Oruc