Sağlamlıq
Yuxu problemi yaşayan gənclərə
Sağlamlıq
123

Yuxu problemi yaşayan gənclərə “səhər günəşi” tövsiyəsi

Son illərdə xüsusilə gənclər arasında yuxu pozğunluqları sürətlə artmaqdadır.

Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri “sosial jetlaq” adlandırılan vəziyyətdir. Bu, insanın bioloji saatı ilə sosial həyatının bir-birinə uyğun gəlməməsi deməkdir.

Uçar qeyd edib ki, gənclər gec saatlarda yatır, gec də oyanırlar. Bu isə məktəb və iş həyatına ciddi təsir göstərir. Gec yatdıqları üçün bədən və beyin kifayət qədər dincələ bilmir, gün ərzində diqqət pozulur, sosial həyatdan uzaqlaşma başlayır. Araşdırmalara görə, bu vəziyyət 16–22 yaş arası gənclərin təxminən 30–40 faizində müşahidə olunur.

Mütəxəssis vurğulayıb ki, sosial jetlag yaşayan gənclər vaxtında yatağa girsələr belə, yuxuya getməkdə çətinlik çəkirlər. Çünki bədənin melatonin ifraz dövrü pozulur və yuxu ritmi dəyişir. Bu da insanı bir növ qapalı dövrəyə salır: gec yatmaq, gec oyanmaq və gündəlik həyatda funksional ola bilməmək.

Dr. Uçar bu vəziyyətin müalicə edilə bilən olduğunu deyib. Onun tövsiyələrinə görə:

- İnsanlar saat 23:00-dan gec olmayaraq yatmalı, səhər 7:30–8:00 arası oyanmalıdır.

- Yuxu terapiyası ən azı 4–6 həftə, bəzən isə 6 aya qədər davam edə bilər.

- Yatdıqdan sonra yuxuya gedə bilməyənlər, 15 dəqiqə qalxıb kitab oxumaq və ya sakit musiqi dinləmək kimi rahatladıcı fəaliyyətlə məşğul ola bilərlər.

- Saat 21:00-dan sonra telefon, planşet və televizor kimi mavi işıq mənbələrindən uzaq durmaq vacibdir.

- Axşam saatlarında evdə işıqlandırma zəiflədilməli və gün işığına yaxın tonlar seçilməlidir.

Ən vacib tövsiyələrdən biri isə səhər günəş işığıdır. Professor Uçar bildirir:

“Təkcə günəş işığı dərmandır. Səhər saatlarında, hətta 11:00-dan əvvəl yarım saat günəş görmək belə bədənin melatonin hormonunu axşam saatlarında daha rahat ifraz etməsinə kömək edir. Səhər günəşi olmadan melatonin daha gec ifraz olunur və bu, yuxu rejimini pozur”.

Sosial jetlaq səbəbilə müalicə alan 20 yaşlı Batuhan Bulut da yaşadıqlarını belə izah edib:

“Son bir aydır səhər saat 6-da yatıram, günortadan sonra 4-də oyanıram. Heç bir rutinim qalmayıb, bütün günü yatıram. Ən çox dostlarımla vaxt keçirməyi darıxıram”.

Mütəxəssislər bildirirlər ki, düzgün yuxu saatları, mavi işıqdan uzaq durmaq və xüsusilə səhər günəş işığına çıxmaq gənclərin yuxu rejimini yenidən normallaşdırmaq üçün ən sadə və təsirli üsullardır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun