Tibbi xəbərlər
Yumurta ilə Alzheimer xəstəliyi arasında əlaqə var? -
Tibbi xəbərlər
18

Yumurta ilə Alzheimer xəstəliyi arasında əlaqə var? - 40 min insan araşdırıldı

ABŞ-nin Loma Linda Universitetində aparılan genişmiqyaslı tədqiqat yumurta istehlakı ilə Alzheimer xəstəliyi riski arasında mümkün əlaqəni araşdırıb.

E-saglam.az  xəbər verir ki, təxminən 39 500 nəfərin iştirak etdiyi araşdırma orta hesabla 15 ildən çox davam edib və bu müddətdə 2858 nəfərdə Alzheimer diaqnozu qeydə alınıb.

Araşdırmanın nəticələrinə görə, həftədə ən azı 5 dəfə yumurta istehlak edən 65 yaş və yuxarı şəxslərdə Alzheimer xəstəliyinə tutulma riski yumurta yeməyənlərlə müqayisədə təxminən 27 faiz daha aşağı olub. Daha az yumurta istehlakı da müəyyən qədər risk azalması ilə əlaqələndirilib: ayda 1–3 dəfə yumurta yeyənlərdə risk 17 faiz, həftədə 2–4 dəfə yeyənlərdə isə 20 faiz daha aşağı qiymətləndirilib.

Tədqiqatçılar yumurtanın beyin sağlamlığı üçün vacib qida maddələri ilə zəngin olduğunu bildiriblər. Xüsusilə omeqa-3 yağ turşuları, fosfolipidlər, xolin, eləcə də lutein və zeaksantin kimi maddələrin sinir sistemi və idrak funksiyalarını dəstəkləyə biləcəyi qeyd olunub.

Alimlər vurğulayıblar ki, əldə olunan nəticələr yumurtanın balanslı qidalanmanın bir hissəsi kimi istehlak edilə biləcəyini göstərir. Eyni zamanda, qidalanma vərdişlərinin Alzheimer kimi xəstəliklərdə dəyişdirilə bilən risk faktorları arasında yer aldığı bildirilib.

Tədqiqatın nəticələri “The Journal of Nutrition” jurnalında dərc olunub.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun