Tibbi xəbərlər
Yüksək təzyiqin gözlənilməz bir səbəbi
Tibbi xəbərlər
137

Yüksək təzyiqin gözlənilməz bir səbəbi aşkarlanıb

Oklend Universitetinin Ürək Tədqiqatları Mərkəzinin direktoru, professor Julian Paton bildirib ki, yüksək qan təzyiqi beynin müəyyən bir hissəsinin fəaliyyəti ilə əlaqəli ola bilər.

E-saglam.az xəbər verir ki, "The Sun" qəzetinin məlumatına görə, o, apardığı tədqiqat zamanı hipertoniyanın gözlənilməz səbəblərindən birini aşkar edib.

Professorun sözlərinə görə, bu hal beyində öskürək, gülüş və ya fiziki aktivlik zamanı aktivləşən bir növ “qlitch” (qısa müddətli funksional pozuntu) ilə bağlıdır. Bu zaman beynin müəyyən sahəsi tərəfindən idarə olunan güclü nəfəsvermə baş verir. Həmin sahə eyni zamanda damarların daralmasına (vazokonstriksiya) təsir edərək qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər.

Paton qeyd edib ki, tədqiqat çərçivəsində yüksək qan təzyiqi ilə əlaqəli yeni bir beyin bölgəsi müəyyən edilib. Bu sahə deaktiv edildikdə, sınaq heyvanlarında qan təzyiqinin normaya qayıtdığı müşahidə olunub. Bu nəticələr beyin fəaliyyəti ilə hipertoniya arasında birbaşa əlaqənin mövcud olduğunu göstərir.

Alimin fikrincə, bu kəşf bəzi hallarda dərmanların niyə effektiv təsir göstərmədiyini izah edə bilər. O hesab edir ki, gələcəkdə bu istiqamətdə aparılan araşdırmalar yeni müalicə üsullarının, xüsusilə də qan oksigen səviyyəsi ilə bağlı reseptorları hədəf alan yanaşmaların inkişafına gətirib çıxara bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun