Tibbi xəbərlər
Yüksək təzyiq zamanı özünü müalicə etmək
Tibbi xəbərlər
79

Yüksək təzyiq zamanı özünü müalicə etmək təhlükəlidir

Dövlət Təhsil Universitetinin Tibb fakültəsinin müəllimi, cərrah Aleksandr Umnov bildirib ki, arterial hipertoniyanın dərmanlarla özbaşına müalicəsi ciddi fəsadlara gətirib çıxara bilər.

E-saglam.az-ın məlumatına görə, onun sözlərinə görə, bəzi xəstələr həkim məsləhəti olmadan dərman dozasını artırır, preparatları dəyişdirir və ya təsiri məlum olmayan vasitələri sınayırlar. Xüsusilə aspirin kimi dərmanlar mədə xorası və böyrək xəstəlikləri olan insanlar üçün təhlükəli ola bilər.

Umnov qeyd edib ki, effektiv və təhlükəsiz müalicə planının seçilməsi vaxt tələb edir və bəzən 2-3 aya qədər davam edir. O, həmçinin yanlış vərdişlərə diqqət çəkib: dərman qəbul etməklə yanaşı, qeyri-sağlam qidalanma, artıq çəki, spirt və siqaret istifadəsi, eləcə də əks göstərişlərə baxmayaraq ağır fiziki yüklənmələr yüksək təzyiqin idarə olunmasına mane olur.

Həkim vurğulayıb ki, hipertoniyanın müalicəsi yalnız dərmanlarla məhdudlaşmamalı, həyat tərzinin dəyişdirilməsi ilə birgə aparılmalıdır. Özbaşına alternativ üsullara yönəlmək, dərmanları və həkimləri tez-tez dəyişmək, venadaxili infuziyalardan və aspirindən əsassız istifadə etmək təhlükəlidir və xəstəliyin gedişatını ağırlaşdıra bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun