Yerkökü ən çox istehlak olunan qidalardan biridir. Göz sağlamlığı və dəri sağlamlığı üçün faydalıdır. Bir çox şey üçün faydalı olan yerkökünün faydaları bunlarla məhdudlaşmır.
"E-saglam.az" yerkökünün bədənimizə bir çox cəhətdən faydalı olan ilk 10 faydasını təqdim edir:
1. Kök və yerkökü suyunun az kalori olmasına baxmayaraq qidalandırıcıdır. Zəifləmə və çəki baxımında təsirli olur. Qəlyanaltılarda 1-2 kiçik yerkökü yemək toxluq hissi verir.
2. Qaraciyər funksiyalarının qorunmasında həzm sistemində çox təsirlidir.
3. Dərini canlandırır və gözəlləşdirir.
4. Yerkökü suyu içməklə qocalmanın yaratdığı ağrıları və acıları azalda bilərsiniz.
5. Təbii A vitamini mənbəyi olduğundan göz sağlamlığını və görmə qabiliyyətini artırır. Sümük xəstəliklərinə və osteoporoza qarşı təsirli olur.
6. Kalium və sellüloz tərkibi ilə xolesterol və hipertoniya ilə mübarizə aparır.
7. Öd kisəsi və qaraciyər fermentlərinin tənzimlənməsində çox təsirlidir. Yağlılığı azaldır.
8. Tərkibindəki E vitamini ilə xərçəng əmələ gəlməsinin qarşısını alır.
9. Kök suyu güclü bir antioksidan olan beta-karotenlə zəngin olduğundan hüceyrələrin dejenerasyonunun qarşısını alır. Yaşlanma prosesini ləngidir.
10. Bir az limon və zeytun yağı əlavə edərək hazırlanan yerkökü salatı zehni açır və öyrənməyi sürətləndirir.
Tərcümə etdi: Könül Oruc