Tibbi xəbərlər
Yeməkdən sonra başlayan qarın ağrısına diqqət:
Tibbi xəbərlər
783

Yeməkdən sonra başlayan qarın ağrısına diqqət: Ağrı, ürəkbulanma, qızdırma varsa...

Öd kisəsi daşlarının böyüklərin təxminən 10-15 faizinə təsir edir. Xəstəliyin fərqləndirici əlaməti yeməkdən sonra yaranan və sağ qarının yuxarı hissəsindən kürək sümüyünün altına yayılan ağrıdır.

E-saglam.az xəbər verir ki, bu sözləri Prof. Dr. Sedat Karademir deyib.

O, bildirib ki, öd kisəsi, qidaların həzmində vacib olan ödlə dolan, boş orqandır. Öd daşları və lilin yaranması ağrı, qızdırma və ürəkbulanma ilə özünü göstərə bilər.

Müalicə və əməliyyat

Əgər şikayətlər varsa, əsas müalicə üsulu öd kisəsinin laparoskopik yolla çıxarılmasıdır. Bu üsul qısa sağalma müddəti və minimal ağrılarla həyata keçirilir. Xəstələr əməliyyatdan bir gün sonra evə buraxılır və bir həftə ərzində normal həyatlarına qayıdırlar. Daha ciddi hallarda açıq əməliyyat tələb oluna bilər.

Təhlükələr və profilaktika

Öd yollarının zədələnməsi nadir hallarda baş verir və təcrübəli cərrahlar tərəfindən təmir olunmalıdır. Gənc yaşlarda və kiçik daşlarda əməliyyat tövsiyə olunur, çünki pankreatit və digər ciddi problemlərin qarşısını alır.

Yekun

Öd daşları vaxtında müdaxilə olunmazsa, pankreatit və obstruktiv sarılıq kimi ağır fəsadlara yol aça bilər. Şikayətlər başladıqda dərhal tibbi yardım almaq vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun