Tibbi xəbərlər
Yaşlılarda karlığın qarşısını almaq üçün
Tibbi xəbərlər
114

Yaşlılarda karlığın qarşısını almaq üçün mühüm tövsiyələr

Otorinolarinqoloq Fransisko Markes 50 yaşdan sonra karlığın qarşısını almaq üçün yaşlılara mühüm tövsiyələr verib.

E-saglam.az xəbər verir ki, onun sözlərini "20minutos" nəşri sitat gətirib.

Mütəxəssis bildirib ki, 50 yaşdan yuxarı hər bir insan mütəmadi olaraq eşitmə müayinəsindən keçməlidir. Bu sadə addım eşitmə itkisinin ilkin mərhələdə aşkarlanmasına və prosesin irəliləməsinin qarşısının alınmasına kömək edir.

Markes əlavə edib ki, qulaqları yüksək səsdən qorumaq da çox vacibdir. Bu məqsədlə səs-küyə qarşı xüsusi qoruyucu qulaqlıqlardan və ya səssədsəldirici vasitələrdən istifadə tövsiyə olunur.

Həkim, həmçinin, qulaq kirinin yığılmasının eşitməyə mənfi təsir göstərə biləcəyini vurğulayaraq qulaqların mütəmadi olaraq təmizlənməsinin vacibliyini qeyd edib. Lakin o, bu prosesi pambıq çubuqlarla deyil, tibbi personal tərəfindən peşəkar şəkildə aparmağı məsləhət görür.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun