Qidalanma
Yaşıl bananların potensial riskləri –
Qidalanma
14

Yaşıl bananların potensial riskləri – diyetoloq xəbərdarlıq edir

Yaşıl, yəni tam yetişməmiş bananlar çox vaxt “daha sağlam” alternativ kimi qəbul edilsə də, mütəxəssislər bildirir ki, bəzi hallarda bu meyvə həzm sistemi üçün narahatlıq yarada bilər.

E-saglam.az xəbər verir ki, Elena Solomatina qeyd edib ki, yaşıl bananlarda həzm olunması çətin olan davamlı nişasta mövcuddur. Bu maddə bəzi insanlarda bağırsaq fəaliyyətinə mənfi təsir göstərə bilər.

Mütəxəssisin sözlərinə görə, xüsusilə həzm sistemi zəif olan, disbioz və ya bağırsaq fəaliyyəti ləng olan insanlarda yaşıl bananlar qəbizlik riskini artıra bilər.

O, həmçinin bildirib ki, xroniki mədə-bağırsaq problemi olan və oturaq həyat tərzi keçirən şəxslər bu cür məhsulları ehtiyatla qəbul etməlidir. Nadir hallarda həddindən artıq istifadə bağırsaq fəaliyyətində ciddi narahatlıqlara səbəb ola bilər.

Bununla belə, sağlam insanlarda yaşıl bananlar ümumilikdə təhlükəli hesab olunmur, lakin balanslı və ölçülü istehlak tövsiyə edilir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun