Tibbi xəbərlər
Yaddaşı gücləndirmək üçün hansı
Tibbi xəbərlər
10

Yaddaşı gücləndirmək üçün hansı qidalar faydalıdır?

Sankt-Peterburqdakı SM-Klinikasının nevroloqu Kirill Almazov rusiyalılara yaddaşı yaxşılaşdırmaq üçün faydalı qidalar barədə danışıb.

E-saglam.az xəbər verir ki, o, əsas diqqəti dəmir çatışmazlığının aradan qaldırılmasına yönəldib.

Almazov izah edib ki, yaddaş itkisinin ən yayılmış səbəblərindən biri dəmir çatışmazlığıdır. Bədəndə dəmir hem və hem olmayan olmaqla iki növə ayrılır. Hem dəmir qırmızı ət, donuz əti və mal əti qaraciyərində, hem olmayan dəmir isə qoz-fındıq, paxlalılar, ispanaq və qarabaşaqda çox olur.

Yaddaşı gücləndirmək üçün nevroloq yağ turşuları ilə zəngin qidaları da tövsiyə edib. Bunlara qızılbalıq, skumbriya, kətan toxumu, zeytun yağı və qoz daxildir.

Həmçinin pəhrizə B vitaminləri, xolin, folat, maqnezium və sink tərkibli qidaların daxil edilməsini məsləhət görüb. Bu mikroelementləri yumurta, yaşıl tərəvəzlər, paxlalılar, dənli bitkilər və balqabaq toxumlarından əldə etmək olar.

Almazov əlavə edib ki, antioksidantlar beyin funksiyasını qorumaqda faydalıdır, çünki onlar oksidləşdirici prosesləri yavaşladır və sinir hüceyrələrinin bərpasını sürətləndirir. Antioksidantlar giləmeyvələrdə, kakaoda və yaşıl çayda bol miqdarda mövcuddur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun