Ekspert bildirib ki, stressin idarə olunması istirahətlə deyil, vəziyyətə nəzarət hissini bərpa etməklə başlayır.
E-saglam.az xəbər verir ki, psixoloq Rodion Çepalov xroniki stresslə mübarizə üçün təsirli bir üsul paylaşıb.
"Təsir zonası" məşqi ilə başlayın. Sizi narahat edən hər şeyin ətraflı siyahısını tərtib etməlisiniz. Sonra nəyə birbaşa, nəyə dolayı yolla təsir edə biləcəyinizi və nəyin nəzarətinizdən kənar olduğunu müəyyən edin. Sadəcə məhdudiyyətlərinizi tanımaq daxili gərginliyi azaldır", - deyə o bildirib.
Mütəxəssis həmçinin "stressi təxirə salmaq" təcrübəsinə müraciət etməyi tövsiyə etdi. Gün ərzində bütün narahat düşüncələri müəyyən bir vaxta, məsələn, saat 19:30-a qədər "təxirə salın". Bu vaxta qədər əksər narahatlıqlar intensivliyini itirəcək və beyin tədricən daimi gərginlikdən qaçmağı öyrənəcək.
Tərcümə: Könül Oruc