Tibbi xəbərlər
Xroniki stress diabetə səbəb ola bilərmi? -
Tibbi xəbərlər
156

Xroniki stress diabetə səbəb ola bilərmi? - həkim izah etdi

Psixiatr Marina Kalyujnaya xroniki stressin diabetin inkişafına təsirini açıqlayıb.

E-saglam.az xəbər verir ki, həkimə görə, xroniki stress sadəcə bir metafora və ya "əsəbilik" deyil. Bu, qanda aylarla davam edən kortizol və adrenalin səviyyəsinin yüksəlməsidir. Həmin hormonlar karbohidrat mübadiləsinə birbaşa müdaxilə edir: bədən "döyüşməyə və ya qaçmağa" hazırlaşdığı üçün qan qlükozası yüksəlir, çünki sürətli enerjiyə ehtiyac yaranır.

Bu rejim saatlarla deyil, aylarla davam edərsə, toxumalar tədricən insulinə normal reaksiya verməyi dayandırır. Həkim bunu belə izah edir: hüceyrələr sanki daimi həyəcandan yorulur. Mədəaltı vəzi bu həssaslığı kompensasiya etmək üçün getdikcə daha çox insulin istehsal etməyə məcbur olur. Zamanla onun ehtiyatları tükənir, qan şəkəri durmadan yüksəlir və nəticədə prediabet, sonra isə 2-ci tip diabet inkişaf edir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun