Sağlamlıq
Xolesterolu azaldan 4 möcüzəvi meyvə:
Sağlamlıq
179

Xolesterolu azaldan 4 möcüzəvi meyvə: Həm də ürəyi gücləndirirlər

Xolesterol bədəndə hüceyrə quruluşu və hormon istehsalı üçün vacibdir. Lakin onun səviyyəsinin yüksəlməsi ürək-damar xəstəlikləri riskini artırır. Mütəxəssislər bildirirlər ki, düzgün qidalanma bu riski azaltmaqda əsas amillərdən biridir. Tədqiqatlara görə, bəzi meyvələr xolesterolun düşməsində əhəmiyyətli rol oynayır.

E-saglam.az xəbər verir ki, meyvələrin tərkibindəki həll olunan liflər, antioksidantlar və vitaminlər ürək-damar sistemini gücləndirir. Xüsusilə həll olunan liflər bağırsaqlarda xolesterinə bağlanaraq onun bədəndən xaric edilməsini asanlaşdırır. Budur, xolesterolu salmağa kömək edən 4 əsas meyvə:

1. Sitrus meyvələri

Portağal, qreypfrut və limon tərkibindəki C vitamini və pektin lifləri ilə LDL (“pis” xolesterol) səviyyəsini azaldır, damar elastikliyini artırır. Flavonoidlər isə iltihab əleyhinə təsir göstərir.

2. Alma

Almalar həm həll olunan, həm də həll olunmayan liflərlə zəngindir. Bu liflər LDL xolesterini aşağı salır. Tərkibindəki polifenollar damar divarlarını qoruyur, ürək üçün faydalıdır.

3. Avokado

Sağlam yağlarla zəngin olan avokado HDL (“yaxşı” xolesterol) səviyyəsini artırır, LDL-ni isə azaldır. Araşdırmalar göstərir ki, gündəlik avokado qəbulu artıq çəkisi olan şəxslərdə belə faydalı təsir göstərir.

4. Banan

Bananlar xolesterolun sorulmasını azaldan həll olunan lif və bitki sterolları ilə zəngindir. Həzm sistemini tənzimləməklə yanaşı, dolayısı ilə ürək sağlamlığına da müsbət təsir edir.

Mütəxəssis tövsiyəsi:

Meyvələri, mümkün olduqda, qabıqlı şəkildə istehlak edin. Meyvənin özü şirəsindən daha faydalıdır. Müxtəlif növləri birləşdirərək qida rasionuna daxil etmək ən doğru seçimdir. Zülal və faydalı yağlarla birlikdə meyvə istehlakı enerji balansını qorumağa kömək edir.

Sağlam bir pəhrizin tərkibində mütəmadi şəkildə bu meyvələrdən istifadə etmək xolesterol səviyyəsini tarazlaşdırmağa və uzunmüddətli ürək sağlamlığını qorumağa yardımçı ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Taglər

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun