Tibbi xəbərlər
Xəstəxanada yatış zamanı pasiyentin qidalanması necə təmin edilir? - FOTO
Tibbi xəbərlər
174

Xəstəxanada yatış zamanı pasiyentin qidalanması necə təmin edilir? - FOTO

“Xəstəxanada yatış zamanı pasiyentin instrumental və laborator müayinələri icbari tibbi sığorta xidmətləri çərçivəsində tam qarşılanır”.

E-saglam.az xəbər verir ki, bu barədə Oxu.Az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı Ülviyyə Novruzova məlumat verib.

O icbari tibbi sığorta çərçivəsində təmin edilən xərclər barədə məlumat verib:

“Xəstəxanada yatış zamanı instrumental və laborator müayinələrin aparılması, həkim müşahidəsi, terapevtik və cərrahi müayinələrin aparılması, istifadə edilən dərman və tibbi sərflər, eləcə də gündəlik qidalanma icbari tibbi sığorta təminatına daxildir”.

O qeyd edib ki, təcili və təxirəsalınmaz tibbi yardım zamanı, eləcə də xəstəxanada stasionar müalicə zamanı yatış müddəti ərzində pasiyentə istifadə olunan dərman vasitələri icbari tibbi sığorta təminatına daxildir. Ambulator müalicə üçün həkim tərəfindən resept şəklində təyin edilən dərman vasitələri isə icbari tibbi sığorta tərəfindən təmin olunmur.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun