Braziliyada təhlükəsizlik xidmətinin rəhbəri Xose Geraldo de Souzaya prostat xərçəngi diaqnozu qoyulub.
E-saglam.az xəbər verir ki, bir müddət sonra o, sidik qaçırma problemi səbəbindən işini itirib.
Souza bel ağrısı ilə xəstəxanaya müraciət edib, lakin müayinələr nəticəsində onda inkişaf etmiş mərhələdə prostat xərçəngi aşkarlanıb. Radiasiya terapiyası və əməliyyat sayəsində xəstəlik remissiya mərhələsinə keçib.
Əməliyyatdan sonra isə 55 yaşlı kişidə sidik qaçırma fəsadı yaranıb. Uroloq Kristiano Qomes bildirib ki, bu hal kifayət qədər yayğındır. Souza iş zamanı altı-doqquz dəfə bezi dəyişməli olduğundan idarəçilik vəzifəsini tərk edib və əlilliyə görə təqaüdə çıxıb.
Braziliyalı kişi demək olar ki, evdən çıxmır və probleminə görə tez-tez ağlayırdı. Yalnız bir neçə ildən sonra öyrəndi ki, sidik qaçırma əməliyyatla müalicə oluna bilər. Cərrahi müdaxilədən sonra Souza demək olar ki, normal həyatına qayıda bilib.
Tərcümə: Könül Oruc