Sağlamlıq
Uzunömürlülük genləri:
Sağlamlıq

Uzunömürlülük genləri: Kimlərin 100 yaşına qədər yaşamaq şansı var?

E-saglam.az xəbər verir ki, rusiyalı biologiya elmləri namizədi, "Genotek" şirkətinin elmi əlaqələr şöbəsinin rəhbəri Yekaterina Surkova Gazeta.ru-ya müsahibəsində bu barədə danışıb.

"Bu yaşa çatmaq üçün məhz genetik xüsusiyyətlər ön plana çıxır. Əgər 87 yaşa qədər yaşamaq ehtimalına genetika cəmi 25% təsir edirsə (qalan 75% həyat tərzindən asılıdır), bu yaşdan sonra köklü dəyişiklik baş verir: artıq 75% genetik faktorların payına düşür. Bunu dolayısı ilə təsdiq edən fakt odur ki, bəzi uzunömürlülər heç də sağlam həyat tərzi sürmürlər", - deyə ekspert qeyd edib.

Bununla belə, 87 yaşa qədər yaşamaq üçün bir neçə qızıl qaydaya əməl etmək lazımdır: heç vaxt siqaret çəkməmək, narkotik asılılıqdan çəkinmək, alkoqoldan sui-istifadə etməmək, fiziki aktivliyi qorumaq, kifayət qədər yuxu yatmaq, düzgün qidalanmaq, stresi idarə etməyi bacarmaq və sosial əlaqələri qoruyub saxlamaq.

Alimlər ömür uzunluğuna töhfə verən genləri müəyyən etmək üçün uzunömürlülərin (90 yaşdan yuxarı insanlar) və superuzunömürlülərin (110 yaş həddini keçənlər) genomlarını fəal şəkildə öyrənirlər. Heç bir "uzunömürlülük geni"nin tapılmamasına baxmayaraq, bəzi qanunauyğunluqlar müəyyən edilib.

"APOE4 variantı olan insanlarda Altsheymer və ürək-damar xəstəliklərinə tutulma riski yüksəkdir və bu da ömrün gözlənilən uzunluq müddətini azaldır. Eyni genin başqa bir variantı - APOE2-nin daşıyıcılarında isə risk daha azdır. Uzunömürlülərin ailələrində APOE2 variantının yayılması əhali üzrə orta göstəricidən yüksəkdir", - deyə Yekaterina Surkova əlavə edib. (oxu.az)

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun