Faydalı
Uzun müddət yataqda çevrilərək yuxuya gedə bilməyənlərə
Faydalı
151

Uzun müddət yataqda çevrilərək yuxuya gedə bilməyənlərə sadə tövsiyə

Həkim və elm kommunikasiyası üzrə mütəxəssis Migel Assal uzun müddət yataqda çevrilərək yuxuya gedə bilməyənlər üçün sadə tövsiyə verib.

E-saglam.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, əgər insan uzun müddət yuxuya gedə bilmirsə, yataqda qalmaq əvəzinə qalxıb sakit bir fəaliyyətlə məşğul olmaq daha doğrudur. Yatağa yalnız həqiqətən yuxulu olduqda qayıtmaq tövsiyə edilir.

Assal izah edib ki, bu vəziyyətdə yataqda qalmaq beyində yanlış əlaqə yaradır. İnsan yatağı istirahətlə deyil, stress və oyaqlıqla əlaqələndirməyə başlayır ki, bu da zamanla yuxusuzluğu daha da gücləndirir.

Həkim vurğulayıb ki, yataq yalnız yuxu üçün istifadə olunmalıdır. Bu yanaşma düzgün yuxu vərdişlərinin formalaşmasına və yuxu keyfiyyətinin yaxşılaşmasına kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun