Yandex watch
Uşaqlarda qarın ağrısı və qızdırma zamanı bu

Qrip zamanı qarın ağrısı, ürəkbulanma, qusma və qızdırma kimi simptomlar müşahidə olunur. Lakin bu əlamətlər bəzən appendisitlə qarışdırıla bilər və ailələr bu məsələdə diqqətli olmalıdır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Uşaq Cərrahiyyəsi Mütəxəssisi Op. Dr. Nihan Akar, qrip və appendisit əlamətlərinin bir-birinə çox bənzədiyini vurğulayır. Onun sözlərinə görə, yanlış diaqnoz qoyulduqda appendisit ciddi fəsadlara yol aça bilər. Xüsusilə valideynlər ağrıkəsici və qızdırmasalıcı dərmanlardan istifadə edərkən ehtiyatlı olmalıdırlar.

Qarın ağrısının səbəbi tam müəyyən olunmadan dərman qəbulu appendisit diaqnozunu çətinləşdirə bilər. Bu vəziyyət apandisitin gizlənməsinə və nəticədə gec diaqnoz qoyulmasına səbəb ola bilər. Appendisit üçün ilk 24-48 saatın kritik olduğu bildirilir və bu müddətdə edilən müdaxilə müalicənin daha uğurlu olmasını təmin edir.

Apandisit inkişaf etdikdə, uşaqlarda əvvəlcə yayılan, sonra sağ aşağı hissəyə fokuslanan qarın ağrısı yaranır. Əgər bu simptomlara ürəkbulanma, qusma və hərəkətlə artan ağrı müşayiət olunursa, mütləq həkimə müraciət edilməlidir.

Ailələr uşaqlarda qarın ağrısı olduqda panikaya düşməməli, lakin ehtiyatı da əldən verməməlidirlər. Ən dəqiq diaqnoz üçün uşaq cərrahının müayinəsi vacibdir. Erkən aşkarlanan hallarda laparoskopik üsulla aparılan əməliyyatlar uşağın tez sağalmasını təmin edə bilər.

Qrip və appendisit simptomlarının qarışdırılmaması üçün diqqətli olmaq vacibdir. Valideynlər uşaqların sağlamlığını qorumaq üçün hər hansı şübhəli vəziyyətdə dərhal həkimə müraciət etməlidirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az