Uroloq kişilərdə geniş yayılmış, lakin çox vaxt gizli qalan bir problemin səbəblərinin hələ də tam aydın olmadığını bildirib.
E-saglam.az xəbər verir ki, uroloq Suks Minhas varikoselin urologiyanın “ən böyük sirrlərindən biri” olduğunu deyib.
Həkimin sözlərinə görə, varikoselin yaranma səbəbləri və onun kişilərin reproduktiv sağlamlığına necə təsir etdiyi tam öyrənilməyib. O qeyd edib ki, bu problem kifayət qədər geniş yayılıb, lakin əksər hallarda açıq simptom vermədiyi üçün bir çox kişi bu xəstəliyin özündə olduğunu bilmir.
Mütəxəssis bildirib ki, varikoselin bəzi kişilərdə sonsuzluğa səbəb olduğu halda, digərlərində heç bir təsir yaratmaması hələ də tam izah olunmur.
Həkimlər qeyd edirlər ki, xüsusilə uzunmüddətli sonsuzluq problemi yaşayan kişilər vaxtında uroloji müayinədən keçməlidirlər.
Tərcümə: Könül Oruc