Ürəyin dostu sayılan qoz-fındıq -
Ürəyin dostu sayılan qoz-fındıq -

"Qoz-fındıq istehlakı insanların yaşı, cinsi, fiziki aktivlik səviyyəsi və ümumi qidalanma vərdişlərinə görə dəyişir".

E-saglam.az xəbər verir ki, bunu Daxili Xəstəliklər Mütəxəssisi Dr. Gülnar Zeynalova deyib. O bildirib ki, sağlam qəlyanaltı kimi gündə 30-50 qram qoz istehlak etmək tövsiyə olunur. Bu miqdar təxminən bir ovuc qoza bərabərdir:

"Ancaq unutmaq olmaz ki, qoz-fındıq kalori baxımından ağırdır. Bu səbəbdən qida rasionuna əlavə edilərkən porsiyaya nəzarət də nəzərə alınmalıdır. Bundan əlavə, duzsuz və işlənməmiş qoz-fındıqların seçilməsi sağlamlıq üçün daha faydalıdır".

G.Zeynalova bildirib ki, hamımızın tez-tez istehlak etdiyi çox ləzzətli qəlyanaltılar olan qoz-fındıqları sağlam qəlyanaltı kimi qəbul etmək olar: "Onlar yüksək protein, lif və sağlam yağlar ehtiva etdikləri üçün enerji verən qəlyanaltı seçimidir. O, həmçinin vitamin və minerallarla zəngindir. Kalorili olduqları üçün porsiyaya nəzarət etmək vacibdir. Gündəlik qida rasionuna balanslı şəkildə daxil edilə bilər".

Mütəxəssis bildirib ki, bəzi qoz-fındıqların qida dəyəri və sağlamlığa faydaları ilə seçilir. 

QOZ: Omeqa-3 yağ turşuları ilə zəngindir və ürək sağlamlığına faydalıdır. O, həmçinin antioksidan xüsusiyyətlərə malikdir.

BADAM: E vitamini, maqnezium və liflə zəngin olan badam ürək sağlamlığını dəstəkləyir və qan şəkərini tənzimləməyə kömək edir.

FINDIQ: Yaxşı bir protein və sağlam yağ mənbəyidir. Tərkibində ürək sağlamlığını qorumağa kömək edən qidalar var.

KAJU: Maqnezium, fosfor və mis baxımından zəngin olan anakardiya enerji istehsalı və sümük sağlamlığı üçün faydalıdıR.

PÜSTƏ: Lif, zülal və sağlam yağlar ehtiva edir. O, həmçinin antioksidan xüsusiyyətlərə malikdir və çəki idarə etməyə kömək edir.
FISTIQ: Zülal və müxtəlif qidalarla zəngin olan fıstıqda ürək sağlamlığını dəstəkləyən yağlar var.

Bəs həddindən artıq qoz-fındıq istehlak etsək nə olacaq?

- Həddindən artıq istehlak gündəlik kalori qəbulunu artıra bilər, nəticədə çəki artar.

- Həzm problemlərinə səbəb ola bilər. Xüsusilə liflə zəngin olduqları üçün həddindən artıq miqdarda qəbul edildikdə qaz, şişkinlik və ya ishal kimi problemlər yarana bilər.

- Bəzi insanların qoz-fındıq, xüsusilə də yerfıstığına qarşı allergiyası ola bilər. Allergiya halında həddindən artıq istehlak ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

- Fındıqların tərkibində sağlam yağlar var, lakin həddindən artıq istehlak ümumi yağ qəbulunu artıra bilər ki, bu da ürək sağlamlığına mənfi təsir göstərə bilər.

- Fındıq bəzi minerallarla zəngindir, ancaq yenə də həddindən artıq istehlak halında bu, bədənin mineral balansına təsir edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az