Tibbi xəbərlər
Ürək xəstələri üçün xəbərdarlıq:
Tibbi xəbərlər
117

Ürək xəstələri üçün xəbərdarlıq: zəncəfil təhlükəli ola bilər

Piroqov Universitetinin Ana və Uşaq Sağlamlığı İnstitutunun 2 nömrəli Xəstəxana Pediatriyası kafedrasının dosenti, tibb elmləri doktoru Olqa Tarasova zəncəfilin faydaları ilə yanaşı, bəzi insanlar üçün risk yarada biləcəyini bildirib.

E-saglam.az xəbər verir ki, o ürək və damar problemləri olan şəxslərə bu məhsuldan istifadə zamanı xüsusilə ehtiyatlı olmağı tövsiyə edib.

Həkimin sözlərinə görə, zəncəfil immun sistemini gücləndirir, mədə-bağırsaq fəaliyyətini yaxşılaşdırır, ağrıkəsici və iltihabəleyhinə təsir göstərir. Lakin bütün bu müsbət xüsusiyyətlərinə baxmayaraq, bəzi qruplar üçün təhlükəli ola bilər.

Tarasova qeyd edib ki, zəncəfil uşaqlar, hamilə qadınlar, mərkəzi sinir sistemi xəstəlikləri olan insanlar, eləcə də ürək və damar problemləri yaşayan şəxslər üçün tövsiyə edilmir. Xüsusilə antikoaqulyant preparatlar qəbul edənlər diqqətli olmalıdırlar. Çünki zəncəfilin tərkibində K vitamini var və bu, dərmanların təsirini gücləndirə və ya arzuolunmaz nəticələrə səbəb ola bilər.

Mütəxəssis əlavə edib ki, zəncəfil sinir sistemini stimullaşdıran təsirə malikdir. Bu səbəbdən onu axşam saatlarında qəbul etmək yuxu problemlərinə və bədənin həddindən artıq oyanıq qalmasına gətirib çıxara bilər.

Həkim zəncəfildən istifadə edənlərə onu günün ilk yarısında qəbul etməyi və sağlamlıq problemləri varsa, mütləq həkimlə məsləhətləşməyi tövsiyə edib.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun