Tibbi xəbərlər
Ürək günlər öncə infarkt barədə
Tibbi xəbərlər
109

Ürək günlər öncə infarkt barədə xəbərdarlıq edir

Ürək-damar cərrahı Prof. Dr. Yusuf Kalko bildirir ki, ürək tutmaları əksər hallarda qəfil baş vermir. Ürək günlər öncədən bədən vasitəsilə siqnallar göndərir və kömək istədiyini göstərir.

E-saglam.az-ın məlumatına görə, bu siqnalları vaxtında anlamaq həyatı xilas edə bilər. 

Ürək tutması təkcə sinə ağrısı ilə özünü göstərmir. Bəzən izah olunmayan yorğunluq, əvvəl asan görülən işlərin çətinləşməsi və səhərlər halsız oyanmaq ürəyin zəiflədiyini göstərə bilər. Sinədə ağrı əvəzinə ağırlıq, sıxılma və ya təzyiq hissi də təhlükəli əlamətlərdəndir.

Bəzi hallarda ağrı sinədə yox, çənədə, dişlərdə, boyunda, sol qolda, çiyində və ya beldə hiss olunur. Qəfil və səbəbsiz soyuq tərləmə, eləcə də tez-tez qaz ağrısı kimi qəbul edilən mədə narahatlığı da ürəkdən gələn xəbərdarlıqlar ola bilər. Gecə yuxudan nəfəs darlığı və ya sinə sıxılması ilə oyanmaq xüsusilə ciddi siqnaldır.

Yuxu apnesi olanlar, şəkərli diabet xəstələri, qan təzyiqi nəzarətsiz olanlar və axşam saatlarında ağır yemək, spirtli içki və siqaret qəbul edənlər daha yüksək risk qrupuna daxildir. Bu hallarda ürək gecə saatlarında daha çox yüklənir və təhlükə artır.

Əgər infarkt başladığını hiss edirsinizsə, panik etməmək çox vacibdir. Həyəcan ürəyin oksigenə olan ehtiyacını artırır və vəziyyəti ağırlaşdıra bilər. Yarı oturaq vəziyyətdə divara söykənmək lazımdır, nə tam uzanmaq, nə də ayağa qalxmaq məsləhətdir. Dərhal təcili yardıma zəng edin və qapını açıq saxlayın ki, yardım gecikməsin. “Keçər” deyə gözləmək və ya özünüz xəstəxanaya getməyə çalışmaq ən böyük səhvlərdən biridir.

Unutmayın, ürək çox vaxt səssizcə deyil, xəbərdarlıq edərək kömək istəyir. Bu dili anlamaq həyatınızı xilas edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun