Faydalı
Unudaraq yeyib-içmək
Faydalı

Unudaraq yeyib-içmək orucu pozarmı?

Unudaraq yeyib-içmək orucu pozmaz.

E-saglam.az xəbər verir ki, Hz. Məhəmməd (s) bu halın bağışlanmış olduğunu bildirib və orucun davam etdirilməsini tövsiyə edib. Oruc tutan şəxs unudaraq yemək yeyərsə və ya su içərsə, yadına düşən kimi dərhal dayandırmalı və orucuna davam etməlidir. Bu, nə qəza, nə də kəffarə tələb edir.

İstənilən oruc növü — istər fərz, istər nafilə, istərsə də qəza orucu olsun — bu qaydaya daxildir. Hənəfi, Şafii və Hənbəli məzhəblərinə görə unudaraq yemək və içmək orucu batil etmir. Maliki məzhəbində isə vacib oruclar üçün qəza tövsiyə olunur.

Əgər bir şəxs unudaraq dəfələrlə yeyib-içsə belə, yadına düşdükdə dayandırdığı müddətcə orucu etibarlıdır. Əsas məsələ yeməyə davam edərkən oruclu olduğunu xatırlamamaqdır.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun