Tez-tez göz qırpmaq sadəcə davranış qəribəliyi deyil, həm də ciddi bir pozğunluğun simptomu ola bilər.
E-saglam.az xəbər verir ki, bunu oftalmologiya cərrahı Damiri Otxozoria deyib.
Mütəxəssisin sözlərinə görə, tez-tez göz qırpmasının ən çox yayılmış səbəblərindən biri quru göz sindromudur. Buynuz qişa kifayət qədər nəmlənmədikdə, insan göz yaşı təbəqəsini bərpa etmək üçün daha tez-tez göz qırpmağa başlayır. Bu vəziyyət tez-tez uzun müddət kompüterdə işləməkdən, cihazlardan həddindən artıq istifadədən, kontakt linzalardan istifadədən və ya quru otaqda olmaqdan sonra baş verir.
Tez-tez göz qırpmaq göz səthinin qıcıqlanması ilə bağlı ola bilər. Buna gözə yad cismin düşməsi, allergiya, iltihab və ya quruluq səbəb ola bilər. Uşaqlarda və böyüklərdə isə bəzən bu hal sinir tikləri və ya “göz qıcqırması” kimi tanınan, göz qapağı əzələlərinin qeyri-iradi yığılması ilə əlaqəli olur.
Həkim xəbərdarlıq edir ki, əgər simptom uzun müddət davam edərsə və göz qızartısı, fotofobiya, qum hissi və ya göz qapaqlarının spazmı ilə müşayiət olunarsa, oftalmoloqa müraciət etmək vacibdir. Mütəxəssis müayinə aparacaq və müalicə təyin edəcək. Bəzi hallarda nevroloqla təkrar məsləhətləşmə tələb oluna bilər.
Tərcümə: Könül Oruc