Tibbi xəbərlər
Süni intellektlə evdə yuxu apnesi diaqnozunu qoyan
Tibbi xəbərlər
116

Süni intellektlə evdə yuxu apnesi diaqnozunu qoyan cihaz hazırlandı

İzmirdə alimlər yuxu apnesinin ev şəraitində diaqnozu üçün süni intellekt texnologiyalı xüsusi cihaz hazırlayıblar.

E-saglam.az-ın məlumatına görə, yuxu apnesi yuxu zamanı nəfəsin dayanması və ya azalması ilə xarakterizə olunur. Bu vəziyyət səhər yorğun oyanmaq, gün ərzində yuxululuq kimi narahatlıqlara səbəb olur və müalicə olunmadıqda iflic, infarkt, hətta ölüm riskini artıra bilər.

İzmir Yüksək Texnologiya İnstitutunun Biomühəndislik fakültəsindən dosent doktor Hüseyin Cumhur Tekin və komandası xəstələrin klinik müşahidəyə ehtiyac duymadan evdə diaqnoz almasını təmin edən layihə üzərində işləyiblər. Hazırlanan portativ və erqonomik cihaz sensorlar vasitəsilə yuxu zamanı diafraqma hərəkətlərini izləyir, toplanan məlumatları süni intellekt alqoritmləri ilə analiz edir və nəticələri həkimlərə rəqəmsal hesabat kimi təqdim edir.

Cihaz yuxu apnesinin növlərini ayırd edə bilir, mobil tətbiqlərlə inteqrasiya olunur və xəstələrin mütəxəssislərlə onlayn məsləhətləşməsinə imkan yaradır. Gələcəkdə nəfəs sürətinin ölçülməsi funksiyası sayəsində reanimasiya və tənəffüs xəstəliklərinin diaqnozunda da istifadə oluna biləcəyi bildirilir.

Türk Patent və Marka Təşkilatı tərəfindən patentləşdirilən cihazın beynəlxalq patent prosesi davam edir. TÜBİTAK-ın dəstəyi ilə klinik sınaqlar aparılır və daha geniş miqyaslı dəqiqlik testlərinin həyata keçirilməsi planlaşdırılır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun