Sümüklərin və oynaqların sağlamlığında əsas rol oynayan amillərdən biri D vitaminidir. Mütəxəssislər bildirir ki, düzgün qidalanma bu sistemin möhkəmlənməsində vacib rol oynayır.
E-saglam.az xəbər verir ki, Denis Lobkov qeyd edir ki, D vitamini sümüklərin sağlamlığı üçün ən vacib elementlərdən biridir və onun qida vasitəsilə qəbulu əhəmiyyət daşıyır.
Həkimin sözlərinə görə, treska qaraciyəri yağı D vitamininin ən zəngin mənbələrindən sayılır. Bu məhsulun az miqdarı belə orqanizmi yüksək səviyyədə D vitamini ilə təmin edə bilər.
Eyni zamanda yağlı balıqlar da mühüm rol oynayır. Skumbriya və siyənək kimi balıqların həftədə bir neçə dəfə qəbulu D vitamini balansını qorumağa kömək edir. Yumurta sarısı da əlavə mənbə kimi faydalıdır.
Mütəxəssis vurğulayır ki, yalnız qidalanma kifayət etmir. Günəş işığına məruz qalmaq və açıq havada müntəzəm gəzintilər bədəndə D vitamininin təbii sintezini artırır və sümüklərin, oynaqların sağlam qalmasına dəstək olur.
Sağlam əzələ-skelet sistemi üçün balanslı qidalanma və aktiv həyat tərzi birlikdə vacib rol oynayır.
Tərcümə: Könül Oruc