Tibbi xəbərlər
Sümük iliyi transplantasiyasına ehtiyac duyan şəxslərin
Tibbi xəbərlər
173

Sümük iliyi transplantasiyasına ehtiyac duyan şəxslərin sayı açıqlandı

Hazırda ümumilikdə sümük iliyi transplantasiyasına ehtiyac duyan şəxslərin sayı 455 nəfərdir.

E-saglam.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, sümük iliyi transplantasiyası edilən şəxslər arasında daha çox talassemiya xəstələri üstünlük təşkil edir.
Sümük iliyi xəstələrinin əsasən 0-17 yaş aralığını əhatə etdiyi bildirilib.
Qeyd edilib ki, cari ilin ilk 6 ayında icra olunan 174 transplantasiya əməliyyatından 16-ı sümük iliyi transplantasiyası üzrə olub. Onlardan 15-i uşaqlar, 1-i isə böyük şəxs üçün icra olunub.
Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun