Tibbi xəbərlər
Stomatoloq ucuz və bahalı diş məcunlarının
Tibbi xəbərlər
16

Stomatoloq ucuz və bahalı diş məcunlarının fərqini açıqlayıb

Stomatoloq Maria Eyudjeniya Çamorro bahalı və ucuz diş məcunları arasındakı fərqi açıqlayıb.

E-saglam.az xəbər verir ki, Çamorroya görə, ağız sağlamlığı diş məcununun qiymətindən deyil, düzgün gigiyenadan asılıdır.

"Əsas funksiyasını mükəmməl yerinə yetirən əlverişli qiymətli diş məcunları var. Əgər vərdişləriniz lazımi səviyyədə deyilsə, daha yüksək qiymət avtomatik olaraq daha yaxşı nəticələrə zəmanət vermir", - deyə o izah etdi.

Mütəxəssis insanları marketinqə aldanmamağa çağırdı. Əksər insanlar üçün çürümə riskini azaldan adi florid diş məcunu kifayətdir.

Çamorro yekun olaraq bildirib ki, digər inqrediyentlərə gəldikdə isə, onlar konkret vəziyyətdən asılı olaraq faydalı ola bilər, lakin hər kəs üçün vacib deyil.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun