Tibbi xəbərlər
Stanford tədqiqatçıları süni intellektlə xəstəlikləri
Tibbi xəbərlər
96

Stanford tədqiqatçıları süni intellektlə xəstəlikləri yuxuda aşkarladı

Stanford Universitetinin tədqiqatçıları yuxu zamanı toplanan məlumatlara əsaslanaraq 100-dən çox sağlamlıq vəziyyətinin riskini müəyyən edə bilən yeni bir süni intellekt modeli hazırlayıblar.

E-saglam.az xəbər verir ki,  "SleepFM" adlanan bu model, yuxu zamanı qeydə alınan fizioloji siqnalları təhlil edərək gələcək xəstəlik risklərini proqnozlaşdıra bilir.

Nature jurnalında dərc olunan tədqiqatda SleepFM 1999–2024-cü illər arasında 65.000 xəstədən toplanan 580.000 saatdan çox yuxu məlumatları ilə öyrədilib. Beyin fəaliyyəti, ürək döyüntüsü, tənəffüs siqnalları, ayaq və göz hərəkətləri modelə daxil edilib. Məlumatlar beş saniyəlik seqmentlərə bölünərək böyük dil modellərinin anlaya biləcəyi struktura çevrilib. Stanford Universitetinin dosenti Ceyms Zou prosesi “SleepFM əsasən yuxu dilini öyrənir” şəklində təsvir edib.

SleepFM Parkinson, Alzheimer, demans, hipertoniya, infarkt, prostat və döş xərçəngi kimi xəstəlikləri ən azı 80% dəqiqliklə proqnozlaşdıra bilir. Model həmçinin xəstələrin ölüm riskini 84% dəqiqliklə təxmin edə bilir. Bəzi xəstəliklərdə, məsələn, xroniki böyrək xəstəliyi, insult və aritmiya hallarında dəqiqlik 78% civarındadır.

Professor Emmanuel Mignot bildirir ki, yuxu zamanı müxtəlif bədən siqnallarının birlikdə qiymətləndirilməsi modelin proqnoz dəqiqliyini artırır. Məsələn, ürək və beyin siqnallarında uyğunsuzluq gələcək sağlamlıq riskini göstərə bilir. Stanford növbəti mərhələdə SleepFM-i geyilə bilən cihazlardan alınan məlumatlarla daha da təkmilləşdirməyi planlaşdırır.

Tədqiqatın məhdudiyyəti odur ki, məlumatlar yalnız sağlamlıq problemi şübhəsi ilə yuxu klinikalarına müraciət edən xəstələrdən əldə edilib. Bu səbəbdən modelin ümumi əhali üçün xəstəlik aşkarlama dəqiqliyi hələ tam təsdiqlənməyib.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun