Sağlamlıq
Soyuq kofe isti havada niyə təhlükəlidir və
Sağlamlıq
105

Soyuq kofe isti havada niyə təhlükəlidir və onu nə ilə əvəz etmək olar?

İsti havada sərinləmək istəyənlərin populyar variantlarından biri buzlu lattedir.

E-saglam.az xəbər verir ki, diyetoloq, fitnes-dietetik mütəxəssisi və FPA eksperti Alena Denisova niyə bu soyuq içkidən sui-istifadə etməməli olduğunuzu izah etdi.

Mütəxəssisin sözlərinə görə, buzlu latteyə adətən daxildir: yağlı süd, şəkər və ya şərbət, buz, bəzən isə likörlər. İçkinin kalorili tərkibi hər bir tərkib hissəsi əlavə edildikdə artır. Enerji dəyərinə görə, içki artıq tam hüquqlu desertlə müqayisə edilə bilər.

Bu içkini içdiyiniz zaman belə olur:

- Kilo alırsınız - çünki bir çox insanlar içkiləri kalori mənbəyi hesab etmirlər;

- Aclıq hissinin yaranmasına. Sürətli karbohidrat olan şəkər əlavə edildikdə, qanda qlükoza səviyyəsində kəskin artım və onun azalması müşahidə olunur. İçki içdikdən sonra insan yemək istəməyə başlayır;

- Diş vəziyyətinin pisləşməsi.

Bundan əlavə, soyuq qəhvə bədəni əlavə olaraq susuzlaşdırır, ürək dərəcəsini və bütün bədənə yükü artırır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun